Avropa azərbaycanlıları Almaniya ilə bağlı yeni yol xəritəsi hazırlayıblar

Avropa azərbaycanlıları Almaniya ilə bağlı yeni yol xəritəsi hazırlayıblar
20:32 22 Yanvar 2018
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Avropa azərbaycanlıları Almaniyada yeni layihələrə start vermək üçün müzakirələr aparıblar.
Avropa Azərbaycanlıları Konqresindən (AAK) "Report"a verilən məlumata görə, bununla bağlı Köln şəhərində görüş keçirilib.
Görüşdə AAK prezidenti, iş adamı Sahil Qasımov, AAK vitse-prezidenti Yaşar Niftəliyev, Benelüks Azərbaycanlıları Konqresinin I vitse-prezidenti Elsevər Məmmədov, Almaniya Vahid Azərbaycan Cəmiyyətinin sədri Elxan Kərimov iştirak ediblər.
Görüşə Köln şəhərində uzun illərdir aparıcı diaspor fəaliyyəti ilə tanınan Ufuk Kəmal da qatılıb. Müzakirələr zamanı Köln şəhərindən Azərbaycan təşkilatlarının fəallaşması, intensiv, sağlam mühitin yaradılması üçün qərarlar qəbul edilib. Bölgədə uzun illərdir diaspor quruculuğundakı fəaliyyətinə görə xüsusi nüfuza malik olan Elxan Kərimov artıq Kölndə silsilə tədbirlərin keçirilməsi, yerli orqanlarla fəal ünsiyyətin qurulması və digər məsələlər barəsində yol xəritəsini açıqlayıb. Plan təsdiq olunub.
Görüşün sonunda AAK rəhbərliyi Azərbaycandan Kölnə müalicə məqsədi ilə gəlmiş beyin xərçəngindən əziyyət çəkən 12 yaşlı Xəlilova Mehparə ilə görüşüb, ona şəfalar diləyiblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/avropa-azerbaycanlilari-almaniya-ile-bagli-yeni-yol-xeritesi-hazirlayiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR