Avropa azərbaycanlıları Almaniya ilə bağlı yeni yol xəritəsi hazırladılar

Avropa azərbaycanlıları Almaniya ilə bağlı yeni yol xəritəsi hazırladılar
20:48 22 Yanvar 2018
98 Digər
Ölkə mətbuatı
A- A+

Avropa azərbaycanlıları Almaniyada yeni layihələrə start vermək üçün müzakirələr aparıblar.

Publika.az xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresindən (AAK) verilən məlumata görə, bununla bağlı Köln şəhərində görüş keçirilib.

Görüşdə AAK prezidenti, iş adamı Sahil Qasımov, AAK vitse-prezidenti Yaşar Niftəliyev, Benelüks Azərbaycanlıları Konqresinin I vitse-prezidenti Elsevər Məmmədov, Almaniya Vahid Azərbaycan Cəmiyyətinin sədri Elxan Kərimov iştirak ediblər.

Görüşə Köln şəhərində uzun illərdir aparıcı diaspor fəaliyyəti ilə tanınan Ufuk Kəmal da qatılıb. Müzakirələr zamanı Köln şəhərindən Azərbaycan təşkilatlarının fəallaşması, intensiv, sağlam mühitin yaradılması üçün qərarlar qəbul edilib. Bölgədə uzun illərdir diaspor quruculuğundakı fəaliyyətinə görə xüsusi nüfuza malik olan Elxan Kərimov artıq Kölndə silsilə tədbirlərin keçirilməsi, yerli orqanlarla fəal ünsiyyətin qurulması və digər məsələlər barəsində yol xəritəsini açıqlayıb. Plan təsdiq olunub (Report.az).


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/228618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR