Prezident İlham Əliyev Vahid Ələkbərov ilə görüşdü

Prezident İlham Əliyev Vahid Ələkbərov ilə görüşdü
21:19 22 Yanvar 2018
47 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

 

APA-nın xəbərinə görə, görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub.

 

Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR