“Rusiyaya belə bir söz verməmişik” – Ankaradan AÇIQLAMA

“Rusiyaya belə bir söz verməmişik” – Ankaradan AÇIQLAMA
21:28 22 Yanvar 2018
150 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Rusiya və başqa ölkələrə Suriyada terrorçulara qarşı əməliyyatların Afrinlə məhdudlaşacağına dair sözlər verməyib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin baş nazirin müavini Bəkir Bozdağ bildirib.

“Hədəfimiz Afrini terrorçulardan təmizləmək və oranı təhlükəsiz zonaya çevirməkdir. Əgər Türkiyə başqa ərazilərdə əməliyyata başlamaq istəyərsə, bu barədə başqa danışıqlar olacaq. Hələlik söhbət Afrində keçirilən əməliyyatdan gedir və bu barədə hamını məlumatlandırmışıq”, - Bozdağ deyib.

O əlavə edib ki, “Zeytun budağı” əməliyyatı plana uyğun olaraq müvəffəqiyyətlə davam edir.

Qeyd edək ki, yanvarın 20-də başlayan “Zeytun budağı” əməliyyatın gedişatında 11 kənd YPG terrorçularından təmizlənib. Hərbi birliklər Afrində 8 kilometr irəliləyə biliblər. Bu gün isə Türkiyə Silahlı Qüvvələri Azezdən hücuma keçib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR