ABŞ gələn ilin sonuna qədər Təl-Əvivdəki səfirliyi Qüdsə

ABŞ gələn ilin sonuna qədər Təl-Əvivdəki səfirliyi Qüdsə köçürəcək. ABŞ-ın vitse-prezidenti Maykl Pens belə açıqlama ilə çıxış edib.

Metbuat.az-ın məlumatına görə, Pens Knessetdə çıxışı zamanı bildirib ki, Vaşinqtonun Qüds və səfirlik məsələləri ilə bağlı fikirləri dəyişmir. Vitse-prezident İranla münasibətlərə də toxunub. O İsrail hakimiyyətinə söz verib ki, Vaşinqton Tehranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcək.

Qeyd edək ki, Birləşmiş Ştatlar rəsmisinin çıxışı zamanı ərəb deputatlar zala buraxılmayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR