Kürd hökumətinin baş naziri Neçirvan Bərzani İrana

İraqın şimalındakı kürd hökumətinin baş naziri Neçirvan Bərzani İrana səfər edib.

Metbuat.az-ın məlumatına görə, Tehranda İran prezidenti Həsən Ruhani ilə baş turan görüşdə muxtariyyətdəki son vəziyyət müzakirə olunub. İranla əlaqələrin əvvəlki səviyyəyə qayıtmasını arzuladığını deyən kürd siyasətçi, Tehranla əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.

İran prezidenti isə öz növbəsində Ərbillə Bağdad arasında yaranmış gərginlikdən narahat olduğunu və bölgədə sabitliyin bütün tərəflər üçün səmərəli olacağını vurğulayıb.

Qeyd edək ki, Neçirvan Bərzani İran səfərindən öncə Bağdada olmuş və baş nazir Heydər əl-Abadi ilə bir araya gəlmişdi.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR