Türkiyə qoşunları Azəz şəhəri istiqamətindən

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi əməliyyatların bu vaxta qədər olan nəticələri açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, Türkiyə aviasiyası “zeytun budağı” adlanan əməliyyat çərçivəsində terrorçulara məxsus 45 obyekti, o cümlədən sığınacaqları, silah anbarlarını və terrorçuların atəş nöqtələrini məhv edib.

Türkiyə qoşunları və Azad Suriya ordusu Afrinin içərilərinə doğru 5 km irəliləyərək, Şenkal, Kurni, Bali, Edamanlı, Kita, Kordo və Bibno yaşayış məntəqələri , eləcə də 2 yüksəkliyi PYD-YPG terrorçularından azad edilib. Hazırda Türkiyə qoşunları Azəz şəhəri istiqamətindən irəliləyir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR