İtaliya sakini ətrafdakılara atəş açıb, ölən və yaralananlar var

İtaliya sakini ətrafdakılara atəş açıb, ölən və yaralananlar var
22:27 22 Yanvar 2018
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ İtaliyanın cənubundakı Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb.
"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu, insanlar arasında təlaşa yol açıb.
Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.
Məlumata görə, tüfənglə silahlanan şəxs əvvəlcə öz həyat yoldaşını qətlə yetirib və mənzildə qurduğu barrikadanın arxasında gizlənib. Onun 14 yaşlı qızı evdən qaçmaqa müvəffəq olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-taliya-sakini-etrafdakilara-ates-acib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR