"Mançester Yunayted" futbol klubu Aleksi Sançesi öz sıralarına qatıb

"Mançester Yunayted" futbol klubu Aleksi Sançesi öz sıralarına qatıb
23:02 22 Yanvar 2018
94 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ "Mançester Yunayted" futbol klubu çilili hücumçu Aleksis Sançesin öz sıralarına qatdığını elan edib.
"Report" "Qazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
A.Sançes vaxtı ilə Corc Best, Erik Kantona, Devid Bekhem və Kriştianu Ronaldunun geydiyi yeddi nömrəli köynəklə çıxış edəcək.
"Mən çox şadam ki, dünyanın ən böyük klubunun sıralarına qatıldım. Mən "Arsenal"da 3,5 il gözəl vaxt keçirdim və bura həmin dahi klub, azarkeşləri barədə müsbət xatirələrimi gətirmişəm", - deyə o bildirib.
"Old Trafforr"da çıxış etmək və Joze Mourinyonun başçılığı altında oynamaqdan imtina edə bilmədiyini deyən futbolçunun sözlərinə görə, o, "Mançester Yunayted"in əsas heyətində ölkəsini təmsil etməkdən fəxr duyur.
"Ümid edirəm ki, klubun fanatlarına məni niyə bura gətirmək istədiklərini göstərə biləcəm", - deyə çilili hücumçu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-yunayted-futbol-klubu-aleksi-sancesi-oz-siralarina-qatib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR