Səhiyyə Nazirliyinin strukturunda dəyişiklik edildi

Səhiyyə Nazirliyinin strukturunda dəyişiklik edildi
01:18 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Talassemiya Mərkəzi publik hüquqi şəxs statusunda Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”da dəyişiklik edib.

Müvafiq olaraq Talassemiya Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki tibbi mərkəzlər və birliklər bölməsindən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” 13 noyabr 2017-ci il tarixli fərmanı ilə Respublika Talassemiya Mərkəzinin adı dəyişdirilərək Talassemiya Mərkəzi adlandırılıb və publik hüquqi şəxsə çevrilib. Nazirlər Kabinetinin qərarı da bu fərmanın müvafiq qaydada icrası ilə bağlıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/228644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR