İtaliyada ətrafdakılara atəş açaraq bir neçə nəfəri yaralayan şəxs ölüb

İtaliyada ətrafdakılara atəş açaraq bir neçə nəfəri yaralayan şəxs ölüb
02:12 23 Yanvar 2018
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ İtaliyanın cənubundakı Bellona şəhərində öz eyvanından ətrafdakılara atəş açan şəxs ölüb.
"Report" xəbər verir ki, bu barədə "ANSA" agentliyi bildirib.
Məlumatda qeyd edilir ki, o, intihar etmək istəyib. Tüfənglə bir nəfərin ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olmuş şəxs sonda özünə də xəsarət yetirib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.

***22:21
İtaliyanın cənubundakı Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb.
"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu, insanlar arasında təlaşa yol açıb.
Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.
Məlumata görə, tüfənglə silahlanan şəxs əvvəlcə öz həyat yoldaşını qətlə yetirib və mənzildə qurduğu barrikadanın arxasında gizlənib. Onun 14 yaşlı qızı evdən qaçmaqa müvəffəq olub.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-taliyada-etrafdakilara-ates-acaraq-bir-nece-neferi-yaralayan-sexs-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR