Bakıda arxa istiqamətdə hərəkətdə olan avtomobil sərxoş piyadanı vurub

Bakıda arxa istiqamətdə hərəkətdə olan avtomobil sərxoş piyadanı vurub
02:57 23 Yanvar 2018
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Natavan küçəsində 58 yaşlı Qurbanov Vasif Valeh oğlu sərxoş vəziyyətdə yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə çıxıb. Bu vaxt arxaya doğru hərəkət edən "Mercedes" markalı avtomobil V. Qurbanovu vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-arxa-istiqametde-hereketde-olan-avtomobil-serxos-piyadani-vurub-ff

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR