ABŞ-da hökumət böhranına son qoyuldu

ABŞ-da hökumət böhranına son qoyuldu
03:54 23 Yanvar 2018
103 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-dək hökumətin maliyyələşdirilməsinin davamına səs verib.

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamənin lehinə 266, əleyhinə isə 150 Palata üzvü səs verib.

 

Bundan əvvəl ABŞ Senatı müvəqqəti büdcənin lehinə səs verib. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək. Beləliklə, Federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək.

 

Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. Federal hökumət şənbə günündən etibarən bir sıra funksiyaların yerinə yetirilməsini dayandırıb.  ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR