Hindistanda 56 nəfərin ölümündə şübhəli bilinən cinayətkar tutulub

Hindistanda 56 nəfərin ölümündə şübhəli bilinən cinayətkar tutulub
06:07 23 Yanvar 2018
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun – Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, o, 2008-ci ildə Əhmədabadda törədilmiş silsilə partlayışlarda iştirak etməkdə şübhəli bilinir. Partlayışlar nəticəsində 56 nəfər həlak olub.
Agentlik polisdəki mənbəyə istinadən bildirib ki, Kureşi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qısamüddətli atışmadan sonra yaxalanıb. O, partlayıcı qurğular üzrə mütəxəssis hesab edilir.
Kureşi Hindistanın "Bin Laden"i adlandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-56-neferin-olumunde-subheli-bilinen-cinayetkar-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR