Tramp müvəqqəti büdcəni imzalayıb

Tramp müvəqqəti büdcəni imzalayıb
06:22 23 Yanvar 2018
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Konqressin hər iki palatası tərəfindən qəbul edilmiş, 8 fevrala qədər fəaliyyət göstərəcək federal hokumətin maliyyələşdirilməsini uzadan müvəqqəti büdcəni imzalayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev bildirib.
Beləliklə, Tramp federal hokumətin işində yaranmış üçgünlük pauzaya son qoyub. Daha əvvəl Senat 81 səslə 18 səsə qarşı müvəqqəti büdcəyə səs verib. Amma Nümayəndələr Palatası 150 səsə qarşı 266 səslə qanun layihəsini dəstəkləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-muveqqeti-budceni-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR