Çexiyada 3 nəfər terrorizmdə ittiham edilib

Çexiyada 3 nəfər terrorizmdə ittiham edilib
07:22 23 Yanvar 2018
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Çexiyanın hüquq-mühafizə orqanları ölkənin 3 vətəndaşına qarşı terrorizm ittihamı irəli sürüb.
"Report"un məlumatına görə, bu barədə "iDNES" nəşri xəbər verib.
Xəbərdə qeyd olunur ki, onlar arasında çex imamı Samir Şehaden də var.
Qeyd edilir ki, o, 2016-cı ildə Suriyaya gedərkən "Cəbhət ən-Nüsrə" terror təşkilatına qoşulub.
Nəşrin məlumatına görə, Şehaden silahlılarla əlaqə yaratmaq üçün öz qohumlarına Suriyanın hərbi əməliyyatlarınn getdiyi ərazilərindən çıxmasına kömək edib. O, həmçinin ekstremist ideyaları yayıb.
Vurğulanır ki, ittiham edilənlər hazırda Avropanın içərilərində gizlənirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cexiyada-3-nefer-terrorizmde-ittiham-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR