Yaponiyada vulkan püskürdü - 15 yaralı

Yaponiyada vulkan püskürdü - 15 yaralı
07:24 23 Yanvar 2018
107 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Qumma prefekturasında Sirane vulkanının püskürməsi nəticəsində 15 nəfər xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

 

Vulkanın püskürməsi həmçinin qar uçqununa səbəb olub. Uçqun zamanı 9 nəfər xəsarət alıb, bir nəfər qarın altında qalıb.

 

Sirane vulkanı məşhur Kusatsu kurortu yaxınlığında yerləşir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR