Ötən il son 24 il ərzində rekord sayda BMT sülhməramlısı həlak olub

Ötən il son 24 il ərzində rekord sayda BMT sülhməramlısı həlak olub
08:27 23 Yanvar 2018
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ 2017-ci ildə BMT-nin 56 sülhməramlısı zorakılığın qurbanı olub. Bu, 1994-cü ildən sonra rekord göstəricidir.
"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı BMT baş katibi Antoniu Quterrişin məruzəsində deyilir.
Məruzədə bildirilir ki, 2017-ci ildə qeydə alınan 56 insan tələfatı 1994-cü ildən ən böyük göstəricidir. "Bu rəqəmlər bütün mümkün çərçivələrdən çıxır və onlar ehtimal ki, artmaqda davam edəcəklər. Tendensiyanı geri çevirmək üçün nəyi isə dəyişdirmək lazımdır", - deyə BMT rəhbəri məruzədə yazıb.
Otuz beş səhifəlik sənəddə qeyd edilir ki, 1948-ci ildən xidmət zamanı 3,5-dən çox min mavi dəbilqəli öldürülüb. Onlardan 943-ü zorakılığın qurbanı olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/oten-il-son-24-il-erzinde-rekord-sayda-bmt-sulhmeramlisi-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR