Səfir: ""Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq"

Səfir: ""Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq"
09:22 23 Yanvar 2018
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı həm Hindistan üçün, həm də Azərbaycan üçün ümumi prioritetdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Onun sözlərinə görə, "Şimal-Cənub" dəhlizi iki region arasında birbaşa əlaqənin olmaması problemini həll edəcək: ""Şimal-Cənub" layihəsi Hindistan üçün Azərbaycana, Rusiyaya, Türkiyəyə və MDB ölkələrinə ən qısa və ucuz marşrut təqdim edəcək. Hindistan İranla birgə 2017-ci ilin noyabrında fəaliyyətə başlamış Çabahar limanının inkişafı məqsədilə birgə iş aparır. Azərbaycan öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolunu işə saldı ki, bu da yük nəqli variantlarını artırır".

Səfir qeyd edib ki, bu hadisələr yaxın illərdə regionda ticarətə multiplikativ təsir göstərəcək: "Layihənin İran ərazisindəki sahəsi işə düşən kimi regionlar arasında yük dövriyyəsinin artımı gözləntilərdən daha yüksək olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/618893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR