İnsanlığın bitdiyi an- İti əzib..

Türkiyənin İzmir şəhərində dəhşətli hadisə baş verib.

Metbuat.az-ın xəbərinə görə, İzmirin Güzelbahçe ərazisində hərəkətdə olan sürücü qarşısındakı iti görməsinə rəğmən onu əzib.

İddiaya görə, çevrədəki vətəndaşlar heyvanı xəstəxanaya aparıb. Xəstəxana əməkdaşları heyvanın xərclərini qarşılaya bilməyəcəklərini bildirərək zavallı iti heyvan sığınacağına göndəriblər. Hazırda, itin vəziyyəti ilə bağlı məlumat yoxdur.

Sözügedən hadisənin görüntüləri təhlükəsizlik kameralarına anbaan düşüb. Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR