Aleksis Sançes İngiltərə Premyer Liqasında ən ödənişli futbolçuya çevrilib

Aleksis Sançes İngiltərə Premyer Liqasında ən ödənişli futbolçuya çevrilib
10:52 23 Yanvar 2018
101 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ “Mançester Yunayted” klubunun yeni transferi Aleksis Sançes İngiltərə Premyer Liqasının ən ödənişli futbolçusu olub.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, çilili forvardın həftəlik maaşı 500 min funt sterlinq təşkil edəcək. Həmçinin 30 yaşlı futbolçu üçün 4 il müddətində 7,5 milyon funt sterlinq bonus nəzərdə tutulub.
Bunadən ən ödənişli futbolçu ünvanına “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba sahib idi. Fransa yığmasının üzvü həftəsinə 290 min funt sterlinq qazanır.
Qeyd edək ki, Aleksis Sançes 4,5 illik müqaviləyə imza atıb. “Mançester Yunayted” Çilidən olan hücumçunun əvəzinə Henrix Mxitaryanı London “Arsenal”ına verib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/aleksis-sances-i-ngiltere-premyer-liqasinda-en-odenisli-futbolcuya-cevrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR