Türkmənistan gəmisi Bakıda təmir olunur

Türkmənistan gəmisi Bakıda təmir olunur
10:57 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkmənistanın Dəniz Ticarət Donanmasına məxsus RO-RO tipli “Berkarar” gəmisi Bakıdakı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmir olunur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən “Report”a verilən məlumata görə, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda, hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.
“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.
Xatırladaq ki, zavodun əsas fəaliyyət istiqaməti Xəzər Dəniz Gəmiçiliyinə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlığı təmir etməkdən, onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/turkmenistan-gemisi-bakida-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR