Bakıda torpağa basdırılmış odlu silah aşkarlandı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları Bakıda gizlədilən odlu silah aşkarlayıb.

Bu barədə Metbuat.az-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Penitensiar xidmətinin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb

Fakt üzrə Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Müəllim və valideynlərin müraciətləri dinləniləcək - Yanvarın 26-da - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR