“Böyük Dəbilqə” yarışlarına qatılacaq Azərbaycan cüdoçularının adları açıqlanıb

“Böyük Dəbilqə” yarışlarına qatılacaq Azərbaycan cüdoçularının adları açıqlanıb
11:42 23 Yanvar 2018
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində “Böyük Dəbilqə” yarışlarında iştirak edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, mötəbər turnirlərdə ölkəni 11 cüdoçu təmsil edəcək. Kişilərin mübarizəsinə Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Əbdülhəqq Rəslullu (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), qadınlardan isə Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) qatılacaq.
Qeyd edək ki, milli komanda hazırda baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında hazırlaşırlar. Parisdəki yarış 10 – 11 fevralda, Düsseldorfakı isə 23 – 25 fevralda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/boyuk-debilqe-yarislarina-qatilacaq-azerbaycan-cudocularinin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR