Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib
11:47 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri yeni sahibini tapıb.
Onların bir qisminin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Məsələn, Göygöl şəhərindəki 2 saylı hamam xidmət sahəsində gəlirli hesab olunur. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 1500 kv.m-dən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Bundan başqa, Bakının Sabunçu rayonunda yerləşən 4 saylı qeyri-yaşayış sahəsi də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-dən çox, torpaq sahəsi isə 4 500 kv.m-ə yaxındır.
Hərracda özəlləşdirilmiş daha bir istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kv.m-dir.
Hərracın nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-dovlet-emlakinin-ozellesdirilmesi-ile-bagli-novbeti-herrac-kecirilib-a-a-a-a-a-a-a-a-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR