Azərbaycan cüdoçularını yeni qaydalar barədə məlumatlandırmaq üçün seminar keçirilib

Azərbaycan cüdoçularını yeni qaydalar barədə məlumatlandırmaq üçün seminar keçirilib
11:52 23 Yanvar 2018
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov yeni qaydalarla cüdoçuları məlumatlandırmaq üçün Bakıda seminar keçirib.
"Report" xəbər verir ki, ACF-in Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında hər iki mütəxəssis cüdonun yeni qayda və qanunlarının tətbiqini əyani şəkildə göstərib. Qəbul edilmiş yeni qaydalar cüdoçulara ətraflı izah edilib.
Qeyd edək ki, Fariz Hüseynov və Tərlan Poladov ötən həftə Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün keçirilən beynəlxalq seminarda iştirak ediblər.











Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudocularini-yeni-qaydalar-barede-melumatlandirmaq-ucun-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR