Bakıda oğurluqla məşğul olan şəxslər tutuldu

Bakıda oğurluqla məşğul olan şəxslər tutuldu
12:29 23 Yanvar 2018
52 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda oğurluqla məşğul olan bir neçə nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hüseynov və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

 

Bundan başqa Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 ABŞ dolları, habelə 700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Əhmədov tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR