"Bir-bir adınızı çəkəcəm"

Bu gün "Hər şey daxil" verilişində prodüser-təşkilatçı Tolik özündən çıxıb.

Metbuat.az xəbər verir ki, prodüseri şou nümayəndələrinin özlərindən razı davranışı bərk qəzəbləndirib.

Tolik onu hiddətləndirən səbəbi açıqlayıb:

"Bizim bəzi müğənnilər və şou-biznes nümayəndələri özlərinə çox arxayındırlar. Mövzu ilə əlaqədar müxbir və prodüserlərimizin əlaqə saxladığı müğənnilər, əgər siz özünüzə bu qədər arxayınsınızsa, deyirsinizsə ki, bizim verilişə, efirə ehtiyacımız yoxdur. O zaman iki saat ərzində zəng edin efirə, deyin ki, "Tolik, mənim hansısa kanala, efirə ehtiyacım yoxdur".

3 gün çağırmırsan efirə, çıxır saytlarda müsahibə verir ki, məni "qara siyahı"ya saldılar. Bu gündən bu meydan, bu şeytan. Bu gün demirəm adlarını, sabah müxbirlərimiz bir müğənniyə zəng vursa, o müğənni desə ki, mənim vaxtım yoxdur, hansısa oliqarxın qohumu rəhmətə gedib, ora gedirlər, bilmirəm onun nə aidiyyəti var ora, yaltaqlıq, belə şeylər olanda bir-bir adınızı çəkəcəm". //Milli.az

"Qara qızıl"ın 2019-cu ilə qədərki PROQNOZU - Ucuzlaşmayacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR