“Türkiyə ordusu Mosul və Kərkükə qədər irəliləyəcək” - Düşmənin “Misaki Milli” QORXUSU

“Türkiyə ordusu Mosul və Kərkükə qədər irəliləyəcək” - Düşmənin “Misaki Milli” QORXUSU
13:03 23 Yanvar 2018
107 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının ilk günlərində böyük uğurlar əldə ertməsi terrorçuları qorxutmağa başlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) liderlərindən olan Saleh Müslim “Euronews” kanalına müsahibəsində ABŞ və digər ölkələrdən Türkiyənin dayandırılması üçün kömək istəyib.

Terrorçuların Rusiyanın hər şeyi Türkiyəyə buraxdığını bildirib.

“Türkiyə girdiyi heç bir yerdən çəkilmədi. Ərdoğan (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) “Misaki Milli”dən bəhs edir, görünür, Mosul və Kərkükə qədər gedəcəklər”, - S.Müslim qorxusunu dilə gətirib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də axşam saatlarında başlayıb.

Xatırladaq ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. “Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.

Türkiyə prezidenti 2016-cı ilin oktyabrında yeni təhlükəsizlik strategiyanı açıqlayıb. Ərdoğan Türkiyənin artıq təhdid ünsürlərinin hücum etməsini gözləməyəcəyini, lazım olarsa, sərhəd xaricində əməliyyatlar keçirəcəyini bildirib. O, 1923-cü il siyasətinin aktuallığını itirdiyini söyləyib.

“'Biz 20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə gəldik. 2016-cı ildə 1923-cü il psixologiyası ilə hərəkət edə bilmərik. 1923-cü ildən bəri mövcud sərhədləri qorumaq üzrə bir anlayış vardır. Bu səhv anlayışdır. Təəssüf ki, həm qərb, həm də cənub sərhədlərimizdə “Misaki Milli” hədəflərimizi qoruya bilmədik. Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər. Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi, zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə həbs etmə anlayışıdır”, - Türkiyə prezidenti qeyd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR