VAR indiyə qədər tətbiq olunduğu rəsmi matçların 8 faizində nəticəyə təsir edib

VAR indiyə qədər tətbiq olunduğu rəsmi matçların 8 faizində nəticəyə təsir edib
14:07 23 Yanvar 2018
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Futbolda videotəkrar sistemi (VAR) indiyə qədər tətbiq olunduğu rəsmi matçların 8 faizində nəticəyə təsir edib.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) VAR-la bağlı hesabatında bildirilir.
Bugünə kimi 20 federasiya və yarışda texnologiyaların köməyinə müraciət olunub. Ümumilikdə 804 qarşılaşmada tətbiq edilən VAR sisteminin yardımı ilə hakimlərin 3947 qərarına yenidən baxılıb. Bunlardan 56,9 faizi penatli və qol, 42,3 faizi isə qırmızı vərəqə epizodu ilə əlaqəli olub. Videotəkrarların 93 faizində ilk qərarın doğruluğu təsdiqlənib.
Epizodların dəyərləndirilməsi orta hesabla 20 saniyə çəkib. Yalnız 42 matçda (5 faiz) bir epizoda bir neçə dəfə baxılıb. Qərarın qulaqcıq vasitəsi ilə bildirilməsi orta hesabla 39 saniyə, hakimlərin meydanda görüntünü izləməsi isə 70 saniyə sürüb.
Qeyd edək ki, hər 3 oyundan 1-də aşkar səhv təsbit edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/var-indiye-qeder-tetbiq-olundugu-resmi-matclarin-8-faizinde-neticeye-tesir-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR