BP neftin 55 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır

BP neftin 55 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır
14:57 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Neft-qaz nəhəngi "British Petroleum" (BP) şirkəti neftin cari 69 dollar/barrel qiymətini yüksək hesab edir və bu göstəricinin 55-60 dollar/barelə düşəcəyini proqnozlaşdırır. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Robert Dadli (Robert Dudley) Davosta (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda deyib.
Xatırladaq ki, o, 1 il bundan əvvəl "Bloomberg" agentliyinə verdiyi müsahibədə neftin qiymətinin yaxın 2 il ərzində 55-60 dollar təşkil edəcəyini bildirmişdi. O vaxt qiymət 55 dollar/barel idi. 
Xatırladaq ki, BP 1909-cu ildə yaradılıb və hazırda dünyanın 6 ən iri neft-qaz şirkətindən biridir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-neftin-55-dollara-qeder-ucuzlasacagini-proqnozlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR