Hamilə olduğunu öyrəndikdən 1 saat sonra ana oldu

Hamilə olduğunu öyrəndikdən 1 saat sonra ana oldu
14:23 10 Yanvar 2015
438 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-da bir qadın qarın ağrısı şikayətləri ilə getdiyi xəstəxanada 8 aylıq hamilə olduğunu öyrənib və 1 saat sonra uşağını dünyaya gətirib.

Trend-in şənbə günü "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, Ketrin Kropas adlı qadın 4,5 kiloqram ağırlığında və 58 santimetr uzunluğunda qız uşağı dünyaya gətirib.

İndiyədək hamilə olduğunun fərqinə varmadığını deyən qadın bildirib: "Əslində bəzi şeylərin baş verdiyini hiss edirdim. Məsələn, biləklərimin şişdiyini görürdüm. Bununla belə son anadək hamilə olduğumu bilməmişəm".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR