Azərbaycan dilinin informasiya bazasının təqdimatı keçirilib

Azərbaycan dilinin informasiya bazasının təqdimatı keçirilib
15:57 23 Yanvar 2018
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az saytının keçirilib. 
"Report" xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezident İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, dilçi alimlər və başqaları iştirak edib.
İsa Həbibbəyli bildirib ki, sayt vasitəsilə Azərbaycan dilinin tarixi, inkişaf yolu, qrammatikası, müasir vəziyyəti, problemləri barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq: "Sayt üç dildə olacaq. Ölkədən xaricdə yaşayanlar da saytdan istifadə edə biləcəklər. Yəni, hamı üçün faydalı olacaq".
Möhsün Nağısoylu bildirib ki, son dövrlərdə dillə bağlı nəşr olunan bütün materiallar, nəşrlər, kitablar bu saytda xüsusi bölmədə yerləşdiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycan-dilinin-informasiya-bazasinin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR