Azərbaycan dili ilə bağlı MÜHÜM YENİLİK

Azərbaycan dili ilə bağlı MÜHÜM YENİLİK
15:58 23 Yanvar 2018
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası əsasında yaradılan http://azerbaycandili.az/ saytının təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli saytın yaradılmasının əhəmiyyətindən danışıb:

“Bu portalın yaradılması diliçilik instiqamətində informasiya bazasının yaradılması istiqamətində məsuliyyətli işdir. Dilçilik İnstitutunun bu məsələ ilə məşğul olan qurumları dilin elektron bazasının yaradılması istiqamətində üzərinə düşən işi demək olar ki, tam yerinə yetirib. Eyni şəkildə İnformasiya Texnologiyalar İnstitutu da saytın hazırlanmasında əhəmiyyətli rol oynayıb. Həm ölkəmizin dilçi alimləri, həm də diliçiliklə məşğul olan şəxslər dilçilik, onun müasir problemləri və yenilikləri ilə bu sayt vasitəsilə tanış olacaq”.

İ.Həbibbəyli bildirib ki, saytın bir neçə dildə fəaliyyət göstərməsi Azərbaycan dilini öyrənən əcnəbilər üçün də əlverişli imkan yaradır.

Dilçilik İnstitutunun direktoru Möhsüm Nağısoylu deyib ki, bu sayt təkcə Azərbaycan yox, dünya üçün əhəmiyyətlidir:

“Dünyanın müxtəlif ölkələrindən Azərbaycana maraq artıb. Sayt Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərəcək. Dilin foentikası, leksikası, morfologiyası, həmçinin dillə bağlı qəbul edilən qərar və sərəncamlar da saytda yerləşdirilib. Saytda işlər tam başa çatmayıb, araşdırmalar aparılır. Saytda həmçinin lüğətlər də yerləşdiriləcək”.

Saytın hazırlanmasında xüsusi rolu olan İnstitutun Kompüter Dilçiliyi şöbəsinin müdiri Kamilə Vəliyeva onun işə başlamasının müəyyən qədər gecikdiyini bildirib.

“Saytın fəaliyyətə başlaması bir sıra səbəblərdən geciksə də, İnstitutun direktoru Möhsüm Nağısoylu və İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin dəstəyilə təbii dillərin alınması, interaktiv dərsliklərin hazırlanması kimi problemlər var. Başlıca səbəblərdən biri də bu sahədə dilçi mütəxəssislərin də sayının az olmasıdır”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/228713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR