“Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

“Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb
16:52 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” MMC 2017-ci ilin son rübü üzrə “Socially Devoted” sertifikatı ilə təltif olunub. 
Bu barədə “Report”a şirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “Facebook” sosial şəbəkəsində 2017-ci ilin 1 oktyabr tarixindən 31 dekabr tarixinə qədər olan fəaliyyətlərini nəzərdən keçirib. Həmin monitorinqin nəticələrinə əsasən, şirkət “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb. Səhifə 2017-ci ildə dörd dəfə abunəçi sorğularının cavablandırılması üzrə “Socially Devoted” sertifikatına layiq görülüb.
Qeyd edək ki, hazırda “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisi var.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-novbeti-defe-socially-devoted-sertifikatina-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR