Putin haqqında kino çəkiləcək

Putin haqqında kino çəkiləcək
16:53 23 Yanvar 2018
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bollivudun ən tanınmış rejissorlarından biri, "Dharma Productions" şirkətinin rəhbəri Kartan Cohar Rusiya Federasiyasının prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib.

Publika.az xəbər verir ki, rejissor maraqlı hekayələrin istənilən dildə uğur qazana biləcəyini deyib:

"Mən əminəm ki, yaxşı tarix, maraqlı hekayə hansı dildə çəkilməsindən asılı olmayaraq uğur əldə edəcək. Məhz buna görə də, imkan yaradılarsa, qeyri-adi bir iş ortaya qoymaq istərdim".

K.Cohar onu da qeyd edib ki, rejissor həmkarları ilə birlikdə Rusiyada, rus klassiklərinin ən maraqlı əsərlərinin motivləri əsasında bir neçə film çəkmək fikrindədir.

Xatırladaq ki, ötən il Hollivud rejissoru və teleaparıcısı Oliver Stoun V.Putinlə müsahibələr əsasında televiziya filmi çəkmişdi.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR