"Çelsi"nin yarımmüdafiəçisi "Keşlə"də

"Çelsi"nin yarımmüdafiəçisi "Keşlə"də
17:03 23 Yanvar 2018
102 İdman
Ölkə mətbuatı
A- A+

2005-ci ildə İngiltərənin "Çelsi" klubuna transfer olunan qambiyalı futbolçu Ebrima Sohna “Keşlə”yə transfer edilir.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə mövsüm sonunadək müqavilə imzalayacaq.

Qambiya millisinin üzvü yeni komandasına qoşulmaq üçün Antalyaya gedəcək.

Qeyd edək ki, 2005-ci ildə professional futbol karyerasına başlayan E.Sohna Qambiya, Finlandiya, Norveç, Qazaxıstan və Küveyt kimi ölkələrdə forma geyinib.

“Transfermarkt” Ebrima Sohnaya 100 000 avro qiymət qoyub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR