Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 2,7 dəfə üstələyib

Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 2,7 dəfə üstələyib
17:47 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104001687 ISIN-li, 35 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report”un BFB-yə istinadən verdiyi xəbərə görə, hərraca 18 investor 35 sifariş təqdim edib. Sifarişlərin qiyməti 85,7 manat (16,778%) - 88,943 manat (12,5%) arasında olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği isə 95 291 900 manat təşkil edib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 87,7784 manat (13,9999%), orta ölçülmüş qiyməti 87,952 manat (13,7738%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 35 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 22 yanvar 2019-cu ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dovlet-istiqrazlari-uzre-herracda-teleb-teklifi-2-7-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR