Meyvə və tərəvəzlərdəki zərərli maddələri necə təmizləmək olar?

Meyvə və tərəvəzlərdəki zərərli maddələri necə təmizləmək olar?
17:48 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Sağlam və gümrah olmaq üçün meyvə və tərəvəzin rolu böyükdür. Təəssüf ki, son illərdə yetişdirilən meyvə və tərəvəzlərin, xüsusilə xaricdən gətirilən məhsulların tərkibi elə də ürəkaçan deyil. Və bu sahə getdikcə inkişaf etməkdədir. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəlli toxumlara, bitki şitillərinə üstünlük verirlər. İstehlakçı kimi hər birimiz mövsümü olaraq yetişdirilən bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik.

Bəs meyvə-tərəvəzlər necə təmizləmək olar?

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan təcrübədə almanın səthinə pestisit maddəsi sürtüldüyü ortaya çıxıb. Pestisidlər 1 gün ərzində meyvə və tərəvəzlərin üzərində qalıb.

Tədqiqatçılar daha sonra almaları ayrı-ayrılıqda kran suyu və soda qarışdırılmış su ilə yuyub. Daha sonra alma səthində və tərkibində zəhərli maddələrin mövcudluğunu qiymətləndirmək üçün laboratoriyaya verilib.

Əldə edilən nəticələrdə məlum olub ki, pestisidlərin almalardan təmizlənməsinin ən təsirli yolu sodalı su ilə yumaqdır. Karbonat pestisidlərin 96 faizini meyvə və tərəvəzlər üzərindən silir. Meyvə və tərəvəzləri 15 dəqiqə karbonatlı suda saxlamaq bütün zərərli orqanizmləri məhv edir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/228728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR