Şimali Avropanın nəhəng bankı işçilərinə bitkoinlə ticarəti qadağan edir

Şimali Avropanın nəhəng bankı işçilərinə bitkoinlə ticarəti qadağan edir
17:52 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Kriptovalyuta bazarındakı qeyri-sabitliyi nəzərə alan İsveç bankı - "Nordea Bank" fevralın 28-dən etibarən işçilərinə bitkoin və buna bənzər ödəniş vasitəsiləri ilə ticarəti qadağan edib.
“Report” bu barədə Rsuiya mətbuatına istinadən xəbər verir.
“Risklər olduqca yüksək olduğu üçün işiçilərə kriptovalyutaya investisiya etmək qadağan olunur. Həm əməkdaşlarımız, həm də bank bundan sığorta olunmayıb” - deyə "Nordea Bank"ın məlumatında qeyd olunub.
Məlumatda həmçinin bildirilib ki, digər valyuta və qiymətli kağızlardan fərqli olaraq kriptovalyuta hər hansı rəsmi təşkilat tərəfindən idarə olunmur. Buna görə də onu alan investorlar çirkli pulların yuyulması və qeyri-qanuni biznesdən qorunmurlar. Bununla yanaşı "Nordea Bank"ın bitkoin sahibi olan işçiləri onu satmaq məcburiyyətində deyillər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/simali-avropanin-neheng-banki-iscilerine-bitkoinle-ticareti-qadagan-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR