"Səbail" klubu Moldova yığmasının futbolçusunu baxışa çağırıb

"Səbail" klubu Moldova yığmasının futbolçusunu baxışa çağırıb
18:17 23 Yanvar 2018
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ "Səbail" klubu Moldova yığmasının futbolçusu Yevgeni Koçuku baxışa çağırıb.
"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi hazırda "Səbail"in Türkiyə toplanışında Ukrayna təmsilçisi "Çernomorets"lə yoxlama matçında start heyətində yer alıb.
Qeyd edək ki, Yevgeni Koçuk 2012 - 2016-cı illərdə vətənində "Daçiya"nın formasını geyinib. 2016-cı ildə Slovakiyanın "Jilina" klubuna keçən yarımmüdaçi burada Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə komanda yoldaşı olub və ölkə çempionatının qızıl medalını qazanıb. O, 2015-ci ildən etibarən Moldova yığmasının heyətində 4 oyun keçirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sebail-klubu-moldova-yigmasinin-futbolcusunu-baxisa-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR