Əbülfəs Qarayev Xırdalanda vətəndaş qəbulu keçirəcək

Əbülfəs Qarayev Xırdalanda vətəndaş qəbulu keçirəcək
18:22 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbul yanvarın 30-da saat 11:00-da Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkı, Qalubiyyə küçəsi 1) baş tutacaq. Nazir Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşların müraciətlərinə baxacaq.
Vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sumqayıt şəhəri
Mehman Şükürov
(050) 319-18-25
(018) 654-46-51
Abşeron rayonu
İlham Manafov
(050) 314-89-86
(012) 342-11-32
Xızı rayonu
Möhsün Bağırov
(070) 604-22-66
(02331) 5-03-45
Qubadlı rayonu
İlham Əhmədov
(055) 359-39-39
(018) 644-52-24
Şuşa rayonu
Zahid Abbasov
(050) 221-30-09
(012) 567-88-74
Zəngilan rayonu
Mehman Nəsirov
(050) 635-98-82
(012) 341-40-20

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-xirdalanda-vetendas-qebulu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR