Azərbaycan Gürcüstanın 4-cü əsas ticarət partnyorudur

Azərbaycan Gürcüstanın 4-cü əsas ticarət partnyorudur
18:47 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan 2017-ci ildə Gürcüstanın əsas ticarət partnyorları siyahısında 4-cü sırada qərarlaşıb.
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, Gürcüstanın əsas ticarət partnyoru məcmu xarici ticarət dövriyyəsində 14,8% xüsusi çəkiyə sahib olan Türkiyədir. İkinci sırada 11,2%-lə Rusiya, daha sonra 8,8%-lə Çin yer alır. Azərbaycan isə 8,2%-lə Gürcüstanın 4-cü ən iri ticarət partnyorudur.
Gürcüstanın ən çox ixrac etdiyi ölkələr arasında ilk sıranı Rusiya alıb. Bu ölkəyə ixrac 2017-ci ildə 91,2% artaraq 394,7 mln. dollar təşkil edib.
Ümumiyyətlə, Gürcüstan 2017-ci ildə 2,72 mlrd. dollarlıq ixrac həyata keçirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-gurcustanin-4-cu-esas-ticaret-partnyorudur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR