Almaniyada təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb

Almaniyada təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb
19:07 23 Yanvar 2018
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Almaniyanın Filipsburq şəhəri yaxınlığında kiçik həcmli təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb.
Bu barədə "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir.
Qəza zamanı hər iki nəqliyyat vasitəsi alovlanıb. Hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.
Faciənin təfərrüatları, qəza anında təyyarə və helikopterdə nə qədər insan olduğu barədə, hələ ki, heç bir məlumat yoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-teyyare-ile-helikopter-toqqusub-4-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR