Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

Rəşad Sadıqovun komandası Gürcüstana qarşı
19:29 23 Yanvar 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün üçüncü yoxlama matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaqlar.
 
Əvvəlki oyunlarda “Alanyaspor” klubunun U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz ardınca Albaniyanın U-20-nə məğlub olmuşdu (0:1).
 
Qeyd edək ki, U-21 Antalyadakı son sınaq matçını isə yanvarın 26-da yenidən albaniyalılara qarşı keçirəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR