Almaniyada yük maşını qatarla toqquşub

Almaniyada yük maşını qatarla toqquşub
19:57 23 Yanvar 2018
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Almaniyanın Şonqau şəhərində yük maşınının qatarla toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
"Report" "Bayerischer Rundfunk" televiziya şirkətinə istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Məlumata görə, qəza bu gün səhər baş verib. Yük maşınının sürücüsü işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq dəmir yoluna çıxıb. Hadisə nəticəsində o, ağır xəsarətlər alıb.
Vaylxayma gedən qatarda 44 sərnişin olub. Onlardan 5 nəfəri və maşinist yüngül xəsarət alıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-yuk-masini-qatarla-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR