Prezident İlham Əliyev Davosda Gürcüstanın baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Davosda Gürcüstanın baş naziri ilə görüşüb
19:57 23 Yanvar 2018
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışılıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. 


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-davosda-gurcustanin-bas-naziri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR