Bir neçə aya APOKALİPSİS, Qarabağda “İLDIRIMSÜRƏTLİ” ƏMƏLİYYAT… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bir neçə aya APOKALİPSİS, Qarabağda “İLDIRIMSÜRƏTLİ” ƏMƏLİYYAT… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 23 Yanvar 2018
96 Digər
Ölkə mətbuatı
A- A+

Davos zirvəsinin 48-ci iclası başlayıb. Azərbaycanın Rusiyadan aldığı yeni silahlar Ermənistanda ciddi narahatlığa səbəb olub. Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının ilk günlərində böyük uğurlar əldə edilib. Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. Koreya Xalq Demokratik Respublikası bir neçə ay sonra ABŞ-a nüvə zərbəsini vurmaq gücündə olacaq.

Dünya İqtisadi Forumunun təşkil etdiyi Davos zirvəsinin 48-ci iclası bu gün İsveçrənin Davos qəsəbəsində başlayıb. Zirvəyə 100-dən çox ölkənin 3000-ə yaxın iş adamı, siyasətçi və akademiki qatılıb.

Zirvədə qlobal iqtisadiyyat, təhlükəsizlik və ətraf mühit kimi mövzulara ortaq baxış bucağından baxılacaq. İclaslara 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları da qatılacaq. 26 yanvaradək davam edəcək zirvənin təhlükəsizlik tədbirləri üçün 10 milyon dollar xərcləndiyi bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Azərbaycanın Rusiyadan aldığı yeni silahlar həmişəki kimi, yenə də Ermənistanda ciddi narahatlığa səbəb olub. Yanvarın 19-da Rusiyadan yeni hərbi texnikanın növbəti partiyası Azərbaycana gətirilib.

Ermənistan mediası ağır texnikanın cəbhəyə göndərilməsinin Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələri üçün təhlükəli nəticələrə səbəb olacağına diqqət çəkir. Xüsusilə bu tip hərbi texnikanın 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilməsi, düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsində mühüm paya sahib olması ermənilərin təşvişini ikiqata çıxarıb.

Cəbhəyə göndərilən öldürücü silahlar İrəvanı VƏLVƏLƏYƏ SALDI: “Bakı hər keçən gün...” - FOTO/VİDEO

Türkiyənin Afrində həyata keçirdiyi uğurlu anti-terror əməliyyatının dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı Ermənistanı qorxuya salıb. Ermənistan milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini hesab edir.

Afrindən sonra Qarabağda “İLDIRIMSÜRƏTLİ” ƏMƏLİYYAT - Ermənistan darmadağın PLANINI AÇDI

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının ilk günlərində böyük uğurlar əldə etməsi terrorçuları qorxutmağa başlayıb. PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) liderlərindən olan Saleh Müslim “Euronews” kanalına müsahibəsində ABŞ və digər ölkələrdən Türkiyənin dayandırılması üçün kömək istəyib.

Terrorçuların Rusiyanın hər şeyi Türkiyəyə buraxdığını bildirib.

“Türkiyə ordusu Mosul və Kərkükə qədər irəliləyəcək” - Düşmənin “Misaki Milli” QORXUSU

Türkiyə Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında daha bir şəhid verib. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Oğuz Kaan Ustanın şəhid olduğunu bildirib. Dünən isə əməliyyatda Musa Özalkan həyatını itirmişdi.

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində daha bir yaşayış məntəqəsi ələ keçirilib. ASO Afrinin qərbində yerləşən Cinderes bölgəsinin Əl-Hamam kəndi və ətraf təpələri PYD terror təşkilatından təmizləyib.

Cinderes bölgəsi PYD/PKK-nın Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalına hücumlar təşkil etdiyi ərazi olmaqla yanaşı, Afrinə birbaşa uzanan vadidə yerləşir. Bölgə Türkiyə Silahlı qüvvələri və ASO-nun irəliləməsi üçün strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Afrinin qərbi, şimalı və şimali-qərbindən başlayan əməliyyatın ilk 4 günündə 14 yaşayış məntəqəsi ələ keçirilmişdi.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Conatan Kohen Türkiyəyə gəlib. Kohen Türkiyə Xarici İşlər nazirinin müşavirinin köməkçisi Əhməd Muxtar Günlə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olub.

Kohenin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında da görüşlər keçirəcəyi bildirilib.

Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. Afrindən fərqli olaraq, Münbiçdə amerikalı hərbiçilər mövcuddur.

Suriyada Amerikanın əlində təkcə PYD qalıb. Məhz buna görə də Vaşinqton bu gücü itirmək istəmir. Digər tərəfdən, Afrinlə müqayisədə Münbiç Amerikanın Suriya strategiyasında daha əhəmiyyətlidir. Hərbi ekspertlər hesab edir ki, ABŞ Münbiçin YPG-nin əlində qalması üçün hər şeyə əl atacaq.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Afrindən sonra PKK/PYD/YPG terrorçularının əlində olan Münbiçin təmizlənməsi əməliyyatına başlayacaqlarını açıqlayıb. Məlumata görə, Türkiyə ordusunun artıq Münbiç əməliyyatı planı hazırdır. Vaşinqtonu ən çox narahat edən də məhz bu plandır.

Amerikalı rəsmilər Vaşinqtonun hazırda Ərdoğanın Münbiç planını müzakirə etdiyini deyir.

Türk ordusu ABŞ əsgərləri ilə ÜZ-ÜZƏ GƏLİR: Qorxuya düşən Vaşinqton HƏRƏKƏTƏ KEÇDİ

“İmperializm tarix boyunca Qərbi Asiyaya (Yaxın Şərq) hakim olmağa çalışıb. 1916-cı ildə imzalanan “Sayks Pikot” razılaşması ilə Qərbi Asiya torpaqları parçalandı. İngiltərə Fələstin və İraq torpaqlarına haqlarını irəli sürərək, bölgəni yəhudiləşdirməyə çalışdı. ABŞ və Avropanın Yaxın Şərq siyasətinin əsas hədəfi Qərbi Asiya sərhədlərini dəyişməkdir. Onlar bununla Qafqaz və Mərkəzi Asiyaya da yayılmaq istəyirlər. Bu layihə sayəsində Çin və Rusiya sərhədlərinin hakim olmağa çalışırlar”.

Bunu Tehranda Qüdslə bağlı keçirilən konfransda çıxışı zamanı İran Ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti söyləyib.

Onun sözlərinə görə, Suriyadan sonra Qərbin hədəfi İran olacaq:

“Bu arzularını ilk olaraq İraqda yeni Kürdüstan dövlətinin qurulması ilə həyata keçirmək istədilər. İranın yardımı ilə İraqın ərazi bütövlüyü qorundu. Burada qurulacaq kürd dövləti İsraillə sərhəd olmağımız demək idi”.

O, həmçinin, Türkiyənin Afrin əməliyyatlarına da reaksiya verib. Vilayəti İran olmadan Suriyada heç bir ölkənin uğur əldə edə bilməyəcəyini söyləyib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin təcili görüşü keçirilib. Görüşə səbəb Səudiyyə Ərəbistanı yaşayış məntəqələrinin Yəmən ərazisindən raket atəşlərinə məruz qalması olub. Görüşdə ümumi bəyanat qəbul edilib. Bəyanatda husilərin Səudiyyə Ərəbistanına endirdiyi raket zərbələri pislənilib.

XİN rəhbərləri, həmçinin, Tehranın husiləri silahlandırmasını beynəlxalq hüquq normalarının pozuntusu kimi dəyərləndiriblər və ondan bu fəaliyyətini dayandırmasını tələb ediblər.

ABŞ Gürcüstana “Javelin” tank əleyhinə kompleksləri çatdırıb. Bu haqda Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ-ın bu ölkədəki səfiri Yan Kelli ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Javelin” tank əleyhinə komplekslərin əldə edilməsinin birinci mərhələsi müvəffəqiyyətlə başa çatdırılıb. Komplekslər Gürcüstanda təhlükəsiz yerdə yerləşdirilib”, - o deyib.

Nazirin sözlərinə görə, gürcü hərbçiləri silahlardan istifadə qaydalarının öyrənilməsi üzrə xüsusi kurs keçəcəklər.

Daha əvvəl Moskva bəyan edib ki, Gürcüstana “Javelin” tank əleyhinə raket komplekslərinin çatdırılması regionda Tiflisi yeni təhlükəli macəralara itələyə bilər.

Koreya Xalq Demokratik Respublikası (KXDR) bir neçə ay sonra ABŞ-a nüvə zərbəsini vurmaq gücündə olacaq. Bunu CBS telekanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, KXDR-in nüvə proqramı genişlənir, nüvə döyüş başlıqları daha güclü və daha etibarlı olur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/228734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR