Tanınmış futbolçu bu həftə "Barselona"nı tərk edəcək

Tanınmış futbolçu bu həftə "Barselona"nı tərk edəcək
20:12 23 Yanvar 2018
214 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Argentina millisinin futbolçusu Xavyer Maskerano İspaniyanın “Barselona” klubunu tərk edəcək.
“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
Yanvarın 24-də 34 yaşlı müdafiəçi ilə vida mərasimi təşkil olunacaq. O, həmçinin cümə axşamı Kral Kubokunda “Espanyol”la ev oyunu zamanı azarkeşlərlə vidalaşacaq.
Maskeranonun karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, X.Maskerano 2010-cu ildə İngiltərənin “Liverpul” klubundan “Barselona”ya keçib. Argentinalı futbolçu kataloniyalıların heyətində 334 rəsmi matçda iştirak edib və 18 titul qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/taninmis-futbolcu-bu-hefte-barselona-ni-terk-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR