Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR